Kaxa Kaladze – debatları bütün namizədlər arasında keçirilməsini alqışlayıram, bir neçə namizədlə debat başqalarına qarşı hörmətsizlik olardı
Paytaxtın meri, Kaxa Kaladze bəyan edir ki, debatların bütün namizədlər arasında keçirilməsi alqışlanasıdır.
Kaladzenin qeyd etdiyinə görə, bəzisi istəyirdi ki, debatlar bir neçə namizdələ keçirilə idi, bu isə, başqa namizədlərə qarşı hörmətsizlik olardı.
“Mənim tələbim idi ki, hər 16 merliyə namizəd birlikdə əyləşək və imkanımız ola idi ki, bizim seçki proqramımız barəsində ictimaiyyətə danışaq. Söhbət edək şəhərin inkişafını kim necə görür, Tbilisi üçün həyati əhəmiyyəti olan bu layihələrin həyata keçirilməsini necə görür”, – Kaladze bəyan etdi.
Gürcüstanın Birinci Kanalında Tbilisi merliyinə bütün namizədlər arasında debatlar bu gün keçiriləcək. Bu vaxt üçün debatlarda iştirak etməyə razılığını hər 16 namizəd bildirib.