Kaxa Kaladze Covani Skudier küçəsi və onun həndəvər ərazisinin abadlaşdırma, eləcə də rəssamların pavolyonlarının təşkili işləri ilə tanış oldu
Kaxa Kaladze Covani Skudier küçəsi və onun həndəvər ərazisinin abadlaşdırma, eləcə də rəssamların pavolyonlarının təşkili işləri ilə tanış oldu

Paytaxtın meri, Tbilisi İnkişaf Fondu direktoru Levan Cğarkava ilə birlikdə Covani Skudier küçəsi və onun həndəvər ərazisinin abadlaşdırma, eləcə də rəssamların pavolyonlarının təşkili işləri ilə tanış oldu.

Tbilisi İnkişaf Fondu Covani Skudier küçəsi və onun həndəvər ərazisinin abadlaşdırma, eləcə də rəssamların pavolyonlarının təşkili işlərini həyata keçirir. Layihə çərçivəsində həmçinin, mövcud divarların bərkidilməsi, restavrasiyası və abadlaşdırlması, yaşıllaşdırma, dekorativ işıqlandırmanın quraşdırlması; yeni işıqlandırma irəklərinin və şəbəkənin təşkili işləri, suvarma sisteminin təşkili; təhlükəsizlik şəbəkəsi və video-nəzarət kameraları sisteminin təşkili, rəssamlar üçün ticarət stendlərinin təşkili; piyada məkanının abadlaşdırlması nəzərdə tutulub.

İşlərin dəyəri 1 349 916 larini təşkil edir və onun başa çatdırılması cari ilin 20 sentyabrı üçün planlaşdırılıb.