Kaxa Kaladze - Builki "Yeni il kəndi" indiyə qədər təşkil etdiyimiz ən böyük kənddir
Builki “Yeni il kəndi” indiyə qədər təşkil etdiyimiz ən böyük kənddir – bu haqda paytaxtın meri Kaxa Kaladze mediaya “Yeni il kəndi”nə səfəri zamanı deyib.
Kaxa Kaladze “Yeni il kəndi”nin dekorasiyalarına baxış keçirdi.
“2017-ci ildən bir növ ənənəyə çevrilən “Yeni il kəndi” bu il indiyə qədər təşkil etdiyimiz ən böyük kənddir. Çox xoş mühitdir. Hər kəsi günün istənilən vaxtı təşrif etməyə, uşaqlarını gətirməyə çağırıram. Burada müxtəlif konsertlər və tamaşalar keçirilir. Həqiqətən sehrlidir, gözəl bəzədilmişdir və mən bu layihənin həyata keçirilməsində iştirak edən bütün insanlara və şirkətlərə təşəkkür etmək istəyirəm” – Kaxa Kaladze bildirib.
“Yeni il kəndi” dekabrın 21-də Orbeliani meydanında, Deda Ena bağında və Ədliyyə Evinin dayanacağına bitişik ərazidə açılıb. Sözügedən ərazilərdə müxtəlif növ məkanlar təşkil edilib, tamaşalar-performanslar, mədəniyyət, idman, uşaq və digər tematik aktivliklər, eləcə də konsertlər keçirilir.
“Yeni il kəndi”ndə müxtəlif instalyasiyalarla yanaşı, uşaq sərgi pavilyonları, Yeni il qatarı, Şaxta baba-Santanın evi və uşaqları Şaxta babanın qarşılayacağı emalatxana qurulub.
Həmçinin, Yeni il proqramı ilə açıq kinoteatr, əyləncə parkı, əvvəlki Yeni ildən dörd dəfə böyük olan konkisürmə meydançası fəaliyyət göstərir.
“Yeni il kəndi”ndə şirniyyat festivalı və əl işlərinin sərgi və satışının keçiriləcəyi Tbilisinin Milad bazarı təşkil olunacaq.
Məlumatı Tbilisi Meriyasının mətbuat xidməti yayır.