Kaxa Kaladze - Bugünkü hakimiyyət, "Gürcü Arzusu" hər bir vətənpərvər insan üçün qiymətli olan müstəqilliyimizi və suverenliyimizi gücləndirməyimiz üçün hər şeyi edəcək
Kaxa Kaladze - Bugünkü hakimiyyət, "Gürcü Arzusu" hər bir vətənpərvər insan üçün qiymətli olan müstəqilliyimizi və suverenliyimizi gücləndirməyimiz üçün hər şeyi edəcək

 

Çağırışlar olduqca çoxdur. Ölkəyə qarşı mübarizə yenə davam edir, yalana əsaslanan hücumlar edilir, ölkənin maraqlarının güzəştə gedilməsi üçün birbaşa cəhd edilir – bu barədə Tbilisinin meri, “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze partiyanın qurultayından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Kaladze bildirib ki, Gürcüstanın bugünkü hakimiyyəti, “Gürcü Arzusu” hər bir vətənpərvər insan üçün qiymətli olan müstəqilliyi və suverenliyi gücləndirmək üçün hər şeyi edəcək.

“Biz bu barədə tez-tez danışmışıq, bu gün illər öncəkindən daha çox danışırıq, çünki ictimaiyyət bizim əslində nə ilə qarşı-qarşıya olduğumuzu bilməlidir. Bütün bunlara baxmayaraq, şantajın davam etməsinə, hücumların davam etməsinə baxmayaraq, biz ilk növbədə ölkədə əmin-amanlığı qorumalıyıq. Sülh iqtisadi inkişaf, güclənmə gətirir və Gürcüstanın bugünkü hakimiyyəti, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası hər bir vətənpərvər insan üçün qiymətli olan müstəqilliyimizi və suverenliyimizi gücləndirməyimiz üçün hər şeyi edəcək” – Kaxa Kaladze qeyd edib.