Kaxa Kaladze - Bu sanksiyalarla bizi qorxutmasınlar, nə Kaia Kalasa, nə də başqasına Gürcüstanın maraqlarını ayaqlar altına almağa imkan veriləcək
Kaxa Kaladze - Bu sanksiyalarla bizi qorxutmasınlar, nə Kaia Kalasa, nə də başqasına Gürcüstanın maraqlarını ayaqlar altına almağa imkan veriləcək

 

Bu sanksiyalarla bizi qorxutmasınlar, nə Kaia Kalasa, nə də başqasına Gürcüstanın maraqlarını ayaqlar altına almağa imkan veriləcək – bu haqda paytaxtın meri Kaxa Kaladze Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaia Kalasın bəyanatına cavab olaraq danışıb.

Kaxa Kaladzenin media ilə söhbətində qeyd etdiyi kimi, Gürcüstan hakimiyyəti ölkənin maraqlarını həyata keçirir və müdafiə edir.

“Bu sanksiyalarla bizi qorxutmasınlar. Biz öz ölkəmizi, ölkənin maraqlarını müdafiə edirik. Kaia Kalas gürcü xalqının rəisi ola bilməz. Yuxarıdan baxmalar və hökmranlıq etmələr kimə keçirsə, ona sözünüz keçsin. Nə Kaia Kalasa, nə də başqasına Gürcüstanın maraqlarından öz ölkəsinin maraqlarını həyata keçirmək üçün istifadə etməyə və başqa ölkə halında olduğu kimi, ölkəmizin maraqlarını ayaqlar altına almağa imkan veriləcək.

Kaia Kalas və bu cür məmurlar azlıqda olurlar, radikallar, guya siyasi partiyalar da azlıqda olurlar. Hamı buna öyrəşməyə məcbur olacaq. Bizim ölkənin əksəriyyəti “Gürcü Arzusu” Demokratik Gürcüstanı dəstəklədi” – Kaxa Kaladze qeyd edib.