Kaxa Kaladze - Bu ölkənin sahibi və hakimiyyətin mənbəyinin başqası deyil, gürcü xalqı olduğunu hamı başa düşməlidir
Kaxa Kaladze - Bu ölkənin sahibi və hakimiyyətin mənbəyinin başqası deyil, gürcü xalqı olduğunu hamı başa düşməlidir

 
Suda boğulan ilana sarılar, onların bugünkü işi və vəziyyəti belədir – bu haqda paytaxtın meri Kaxa Kaladze prezident Salome Zurabişvili tərəfindən Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski ilə görüşdən sonra verilmiş bəyanatı qiymətləndirərkən qeyd edib.

O, ölkə daxilində müxalifət partiyalarının resursunun sıfıra bərabər olmasına görə, onların təmsilçilərinin ölkə hüdudlarından kənarda verdikləri bəyanatlarla mövqelərini gücləndirməyə çalışdıqlarını bildirib.

“Bu insanlar siyasi cəhətdən müflis olublar, onların heç bir dəstək və həmrəylik resursu yoxdur, onların öz çevrəsi var – çoxlarını – kompromatlarla, çoxlarını – bullinq və təhqir etməklə qorxudurlar. Onlar bu çevrədədirlər, öz aralarında qaynayırlar, qarışıq vəziyyətdədirlər və bütün dünyanın onların ətrafında döndüyünü düşünürlər. Əslində ölkədə vəziyyət tamam başqadır. Bütün bunlara niyə əl atırlar? Onların ölkə daxilində heç bir resursu yoxdur. Onların resursu sıfıra bərabərdir. Təsadüfi deyil ki, bu gün onlar, məsələn, o sözləri təkrarlamayacağam, birbaşa rezident və başqa bir şey deyən insanın komanda yoldaşlarıdırlar. Onlar birlikdədirlər, çünki birlikdə olmaları gərəkdiyini dedilər. Bu vəziyyətdə, əlbətdə, xalq onlara, hamısına birlikdə uyğun yeri göstərəcək. Sahib olduqları yeganə şey odur ki, son günlər eşitdiyimiz bəyanatlarla kənardan mövqelərini gücləndirməyə çalışırlar. Suda boğulan ilana sarılar, onların bugünkü işi və vəziyyəti belədir” – Kaxa Kaladze qeyd edib.

Pavel Herçinskinin özü tərəfindən verilmiş bəyanatla bağlı suala gəlincə, paytaxt meri cavab verir ki, yaxın 4 ildə ölkənin taleyini kimə həvalə edəcəyinə gürcü xalqı özü qərar verəcək.

“Bu ölkənin sahibi və hakimiyyətin mənbəyinin başqası deyil, gürcü xalqı olduğunu hamı başa düşməlidir. Hakimiyyətdə kimin olmasını xalqa kənardan heç kim diktə edə bilməz. Qarşıdakı 4 ildə ölkəni kimə həvalə edəcəyinə xalq qərar verəcək. Müvafiq olaraq, onların bu bəyanatı da yalan danışdıqlarını, əllərində heç nə qalmadığını, xalqın onlara dəstəyinin sıfır olduğunu göstərirdi. Hakimiyyətdə olanda sənə siyasətçi deyirdilər, siyasi partiyan var idi və insanlara doqquz il ərzində etdiklərini yaşatdın, belə insana kim etibar etməlidir?! Həbsxanadan çıxarırdılar, bədbəxt edirdilər, öldürürdülər, gəncləri küçədə öldürürdülər, bizneslərini əllərindən alırdılar, fərqli fikirləri təqib edirdilər, televiziyalar “ciblərində idi” və onlara kim səs verməlidir?! Yoxsa bəziləri hesab edir ki, xalqın yaddaşı yoxdur və ölkədə baş verənləri unudub?! Bu gün onlar ortaya çıxıb siyasi partiyalara hansısa ad qoyurlar – Qvaramia nə qədər “Yeni” adlandırsada, biz onun kim olduğunu, nəyə cəsarət etdiyini bilirik?! Eynisi Xazaradze üçün də keçərlidir, gəlin hamısını bir-bir sadalayaq, bu insanların kimlər olduğunu – “Milli Hərəkat”ın şərindən çıxan ünsürləri sadalayaq. Bu insanların siyasətdə qalmaq istəməsi təbii ki, insanları qıcıqlandırır. Ümid etdikləri yeganə şey hansısa şəkildə təsir etməsi üçün xarici qüvvələrdir, amma onlarda heç nə alınmayacaq. Nə edirlərsə etsinlər, xalq onlara müvafiq cavabı verəcək” – Tbilisinin meri izah edib.