Kaxa Kaladze - Bu gün faktiki olaraq ölkədə sülhü qoruyub saxlaya biləcək və Tbilisinin inkişafını davam etdirə biləcək yeganə qüvvə “Gürcü Arzusu”dur
Kaxa Kaladze - Bu gün faktiki olaraq ölkədə sülhü qoruyub saxlaya biləcək və Tbilisinin inkişafını davam etdirə biləcək yeganə qüvvə “Gürcü Arzusu”dur

 

Bu gün faktiki olaraq ölkədə sülhü qoruyub saxlaya biləcək və Tbilisinin inkişafını davam etdirə biləcək yeganə qüvvə “Gürcü Arzusu”dur – bu barədə Tbilisi merliyinə namizəd Kaxa Kaladze yerli seçkilərdə səs verdikdən sonra jurnalistlərə deyib.

Kaladzenin qeyd etdiyi kimi, növbəti dörd il mühüm və maraqlı olacaq.

“Mən öz seçimimi etdim. İlk növbədə, Gürcüstanda sülh və Tbilisiyə daha çox xeyirxahlıq. Bu gün faktiki olaraq ölkədə sülhü qoruyub saxlaya biləcək yeganə qüvvə “Gürcü Arzusu – Demokratik Gürcüstan”dır, faktiki olaraq şəhərin inkişafını davam etdirə biləcək yeganə qüvvə “Gürcü Arzusu – Demokratik Gürcüstan”dır. Son illər ərzində paytaxtımız üçün bütün istiqamətlərdə çoxlu yaxşı, mühüm layihələr həyata keçirmişik. Lakin, çağırışlar, problemlər qalmaqdadır. Seçki kampaniyası çərçivəsində hansı layihələrin həyata keçiriləcəyi, götürək infrastruktur istiqamətində, ekoloji baxımdan nələrin ediləcəyi ilə bağlı konkret baxışlarımızı ictimaiyyətə təqdim etdik. Həmçinin səhiyyə, sosial proqramlar, paytaxtda tramvay, metro, əyləncə parkı və s. şəklində olacaq yeni layihələr. Danışacaq çox şeyimiz var, bir çox layihələrlə bağlı ictimaiyyətə məlumat vermişik və əlbətdə, növbəti dörd il maraqlı və mühüm olacaq” – Kaxa Kaladze bildirib.