Kaxa Kaladze bildirir ki, "Varketili" metro stansiyasının bərpası prosesi ilin sonuna kimi başa çatacaq
Tbilisinin meri Kaxa Kaladzenin bəyanatına əsasən, “Varketili” metro stansiyasının tam bərpası prosesi ilin sonuna kimi başa çatacaq.
Tbilisi merinin jurnalistlərə müvafiq suala cavabında dediyi kimi, sərnişinlərə xidmət şəraitində həyata keçirilməsi qeyri-mümkün olan işlərə görə metronun fəaliyyəti məhdudlaşdırılmışdı.
“Bir neçə gün bundan əvvəl biz yerində olduq və izahatlar verdik ki, bərpa prosesi ilin sonuna kimi başa çatdırılmalıdır. Metronun fəaliyyəti görülən işlərə görə məhdudlaşdırılmışdı. Əsasən, bu, gözləmə zalındakı tağ tavanın müvafiq məhlullar və betonla möhkəmləndirilməsi idi. Reabilitasiya prosesi çərçivəsində asılacaq konstruksiyanın illərə tab gətirə bilməsi üçün bu işlərin aparılması zəruri idi. Metronun sərnişinlərə xidmət göstərdiyi vaxt layihə həyata keçirilə bilməzdi, ona görə də metronun fəaliyyətini müvəqqəti dayandırmalı olduq” – Kaxa Kaladze bildirib.