Kaxa Kaladze bildirib ki, 4 oktyabr hadisələri ilə bağlı saxlanılan şəxslərə dövlət çevrilişi həyata keçirmək tapşırığı verilib, lakin müvafiq xidmətlər yüksək səviyyədə işləyib
4 oktyabr hadisələri ilə bağlı saxlanılan şəxslərə hakimiyyət nümayəndələri qanuna zidd hərəkətlər etməməyə çağırış edirdilər, lakin onlar bunu nəzərə almadılar – bu barədə Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, həmin şəxslər qanun qarşısında cavab verməlidirlər.
“Bu insanların bir ay ərzində kampaniyası var idi və nə etməyi planlaşdırdıqlarını açıq şəkildə deyirdilər. 4 oktyabrda isə prosesi həyata keçirməyə başladılar. Prezident sarayına yaxınlaşdılar, həyətə daxil oldular və s. Müvafiq xidmətlər yüksək səviyyədə işlədilər. Biz hamını qanuna zidd addım atmamağa çağırırdıq, amma bu insanların tapşırığı və planı vardı — dövlət çevrilişi təşkil etmək. Qanun qarşısında hər kəs cavab verəcək”, – deyə Kaxa Kaladze qeyd edib.