Kaxa Kaladze - beynəlxalq platformalardan həmişə istifadə etməliyik ki, dünya ictimaiyyətinə deyək ölkəmiz irəliyə doğru nə qədər mühüm addımlar atıbdır
Kaxa Kaladze - beynəlxalq platformalardan həmişə istifadə etməliyik ki, dünya ictimaiyyətinə deyək ölkəmiz irəliyə doğru nə qədər mühüm addımlar atıbdır

Beynəlxalq platformalardan həmişə istifadə etməliyik ki, dünya ictimaiyyətinə, bizim partnyorlarımıza bir daha deyək ölkəmiz irəliyə doğru nə qədər mühüm addımlar atıbdır, – bu barədə paytaxtın meri, Kaxa Kaladze baş nazir İrakli Ğaribaşvilinin BMT-də çıxışını şərh edərkən bəyan etdi.

Kaladzenin qeyd etdiyinə görə, çox əhəmiyyətli səfərdir.

Bu cür beynəlxalq platformalardan həmişə istifadə etməliyik ki, dünya ictimaiyyətinə, bizim partnyorlarımıza bir daha deyək ölkəmiz irəliyə doğru nə qədər mühüm addımlar atıbdır, nə qədər islahatlar həyata keçirilibdir. Bütün bu cür platfomalardan istifadə olunmalıdır ki, onlara bir daha deyək, Gürcüstan hazırdır böyük ailənin üzvü olsun, Avropa, Avropa İttifaqı və sözsüz ki, NATO-nun üzvü olsun”, – Kaladze bəyan etdi.

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili BMT-nin Baş Assambleyasının 76-cı sessiyasında iştirakçılara nitqlə dünən müraciət etdi.