Kaxa Kaladze bəyan edir ki, İctimai Yayımçıda merliyə bütün namizədlərlə birlikdə debatlarda iştirak etməyə hazırdır
Kaxa Kaladze bəyan edir ki, İctimai Yayımçıda merliyə bütün namizədlərlə birlikdə debatlarda iştirak etməyə hazırdır

Bir çox televiziya aktivlik edir, kimsə inciməsin, İctimai Yayımçının müvafiq platforması olsa, harada da bütün namizədlər təqdim olunacağıq, baş üstə, – bu barədə Tbilisi meri, Kaxa Kaladze jurnalistlərə bəyan etdi.

“Heç kimi fərqləndirmirəm. Hansısa namizədin təklifi var idi ki, yalnız mer və Nika Meliya ilə oturacam debatlarda. Yalnız Meliya və Kaladze deyil, hamı ilə oturmalıyıq, bir-birimizə hörmət etməliyik. 16-a qədər namizəd qeydiyyatdan keçib, müvafiq olaraq, mən heç bir namizədi seçmirəm”, – Kaladze bəyan etdi.

Seçkiqabağı kampaniyanın bərabər və neytral işıqlandımanın təmin edilməsi məqsədilə, Gürcüstanın Birinci Kanalı partiyalara televiziya və radio efirlərini təklif edir. MSK tərəfindən qeydiyyat alınmış bütün partiyaya bərabər efir imkanı veriləcək, necə “Moambe” xəbərlər buraxılışında, eləcə də ictimai-siyasi verilişlərdə.

Gürcüstanın Birinci Kanalı 14 və 21 sentyabrda “Debatlar 2021” xüsusi seçki formatını planlaşdırır.