Kaxa Kaladze - Beliaşvili küçəsində planlaşdırılan matçın iştirakçıkarı bəzi QHT-lər tərəfindən şantaj edilirlər, ancaq matç yenə də baş tutacaq
Paytaxtın meri Kaxa Kaladzenin bəyanatına görə, Beliaşvili küçəsində planlaşdırılan matçın iştirakçıkarının bəzi QHT-lər tərəfindən şantaj edilmələrinə rəğmən, dostluq matçı yenə də baş tutacaq.
Kaladzenin dediyinə görə, oyun saat 18:00-da keçiriləcək.
“Təbii ki, Beliaşvili küçəsində baş verən insindentin istintaqı davam edəcək və insindentdə gunahkar olan tərəf bəlli olacaq, ancaq vətəndaş təşəbbüsünə kimsə mane ola bilməyəcək. Ölkənin inkişafına, dininə, dilinə qarşı olanlar bu barış matçına mane ola bilməyəcəklər” – dedi Kaladze.
Tbilisidə, Beliaşvili küçəsində yerləşən stadionda keçirilən dostluq matçında Tbilisini meri Kaxa Kaladze də oynayacaq.
Gürcüstanın Futbol Federasiyasının məlumatına görə, Gürcüstan vətəndaşları və Afrikalı tələbələr arasındaki dostluq matçı aprelin 14-də saat 18:00-də keçiriləcək.