Kaxa Kaladze – Bələdiyyə laboratoriyası Ponicaladakı yaşayış binasını dayanıqlılıq baxımından öyrənir, zərurət yaranarsa, bütün ailələri yerləşdirəcəyik, hər şey təmin olunub
Bu gün səhər Ponicalada təbii qaz sızması nəticəsində partlayışın baş verdiyi təəssüfdoğurucu fakt baş verib, axtarış işləri bu dəqiqələrdə davam etdirilir, yeddi nəfər axtarılır. Bələdiyyənin bütün müvafiq xidmətləri səfərbər olunub, Daxili İşlər Nazirliyinin bütün qurumları və Fövqəladə Halların İdarə Olunması Xidməti hadisə yerindədir — bu barədə Tbilisinin meri Kaxa Kaladze açıqlayıb.
O, müvafiq tədbirlər və işlərin birgə şəkildə həyata keçirildiyini bildirib.
“Paralel olaraq bələdiyyə laboratoriyası bütün yaşayış binasını dayanıqlılıq baxımından öyrənir. Biz mehmanxanaları səfərbər etmişik, müvəqqəti olaraq artıq hər şey təmin edilib. Zərurət yaranarsa, binanın bütün sakinlərini — 90 ailənin hamısını yerləşdirəcəyik. Ehtiyac olarsa, bələdiyyə laboratoriyası işləri başa çatdırdıqdan və yoxlamadan sonra bunu biləcəyik. Bundan sonra artıq real olaraq neçə ailənin köçürüləcəyini biləcəyik” — Kaladze açıqlayıb.