Kaxa Kaladze – baş nazirin maaşların artırılması ilə bağlı bəyanatı düzgün və əhəmiyyətlidir

13:17, 10.08.2021

Paytaxrtın meri, Kaxa Kaladze Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilinin 2022-ci ilin yanvarından dövlət işçilərinin maaşlarının artırlması barəsində bəyanatını əhəmiyyətli olaraq dəyərləndirir.

Kaladzenin dediyinə görə, paytaxtın munisipalitetində maaşların artırılması məsələsi barəsində bəyanatı sabah edəcək.

“Baş nazirin qərarına gəldikdə, bununla bağlı qəbul olunan qərar çox önəmli, çox düzgün idi. Bu qərar uzun müddət bundan əvvəl qəbul olunub. Munisipalitetdə müxtəlif xidmətlərdə maaşların artırılmasına gəldikdə, bununla bağlı sabah bəynat verəcəm”, – kaladze bəyan etdi.

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilinin bəyan etdiyinə görə, 2022-ci ilin yanvarından dövlət işçilərinin maaşları artacaq, merlərin maaşlarının ikiqat edilməsi də planlaşdırılır.

 

Oxşar