Kaxa Kaladze: “Azərbaycan xalqı ilə dostluq münasibətlərini və strateji tərəfdaşlığı alqışlayıram”
Azərbaycan Prezidenti İlham Əliyev həyat yoldaşı ilə birlikdə Respublikanın sabiq Prezidenti Heydər Əliyevin abidəsini əklillə bəzəyib. Abidə qarşısında İlham Əliyevi Tbilisinin meri Kaxa Kaladze qarşılayıb və Azərbaycan milli liderinin xatirəsinə ehtiram göstərilib.
“Azərbaycan bizim strateji tərəfdaşımızdır. İki ölkə arasında uzun illərdir mövcud olan dostluq və səmimi münasibətlər çox önəmlidir. Gürcüstana Prezident Əliyevin səfəri xüsusilə də Yaxın Şərqdə mövcud çətin vəziyyət, gedən proseslər və bütün dünyanın qarşılaşdığı çağırışlar nəzərə alınmaqla önəmlidir.
Regionda və ölkəmizdə sülhün qorunması prinsipial əhəmiyyət kəsb edir. Əlbəttə, Azərbaycan və Azərbaycan xalqı ilə dostluq münasibətlərini və strateji tərəfdaşlığı alqışlayırıq”, – deyə Kaxa Kaladze bildirib.
Azərbaycan Prezidenti Gürcüstana dövlət səfəri çərçivəsində həmçinin Gürcüstanın birliyi uğrunda həlak olmuş qəhrəmanların memorialını əklillə bəzəyib.