Kaxa Kaladze - ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəyində seçkilərin çoxpartiyalı olduğu birbaşa aydın şəkildə yazılıb
Kaxa Kaladze - ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəyində seçkilərin çoxpartiyalı olduğu birbaşa aydın şəkildə yazılıb

 

ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəyində seçkilərin çoxpartiyalı olduğu, ölkəmizin əhalisinin seçim etmək imkanı olduğu, prosesin dinc şəraitdə keçdiyi birbaşa aydın şəkildə yazılıb – bu haqda paytaxtın meri Kaxa Kaladze mediaya danışarkən bildirib.

Kaxa Kaladzeyə Estoniyanın xarici işlər naziri Marqus Tsahknanın Gürcüstan hakimiyyətinin ATƏT/DTİHB-nin tövsiyələrini nəzərə almalı olması haqda bəyanatı ilə bağlı sual verilib.

Tbilisinin meri bildirib ki, Gürcüstan hakimiyyəti ATƏT/DTİHB tərəfindən verilmiş tövsiyələri yerinə yetirmək üçün ikitərəfli əməkdaşlığa hazır olduğunu bildirir.

“Aralıq rəy, seçkilərdən sonra verilmiş bəyanatlardan fərqli heç nə yoxdur. Verilmiş tövsiyələr – burada ATƏT/DTİHB-nin seçilmiş hakimiyyətlə əməkdaşlıq etməyi planlaşdırdığından bəhs olunur. Eyni zamanda, biz əməkdaşlığa hazır olduğumuzu bildiririk və yaxşılaşdırılacaq bir şey varsa, bu istiqamətdə işləməyə hazırıq”- Kaxa Kaladze bildirib.