Kaxa Kaladze - Aksiyanı işıqlandıran və bullinqə məruz qalan bütün jurnalistlərə dəstəyimi ifadə edirəm
Kaxa Kaladze - Aksiyanı işıqlandıran və bullinqə məruz qalan bütün jurnalistlərə dəstəyimi ifadə edirəm

 
İctimai Yayımçıya münasibətdə gördüklərimiz inanılmazdır – bu haqda paytaxtın meri Kaxa Kaladze media ilə söhbətində deyib.

Kaladze İctimai Yayımçının əməkdaşlarına, eləcə də aksiyaları işıqlandıran, təzyiq və bullinqə məruz qalan bütün jurnalistlərə dəstəyini ifadə edib.

“Əvvəla, mən bütün jurnalistlərə dəstəyimi ifadə etmək istərdim, çünki aksiyaların işıqlandırılması zamanı belə sizin nə böyüklükdə bullinqə məruz qaldığınızı, nə böyüklükdə təhqirə dözdüyünüzü yaxşı görür və müşahidə edirik. Bu təzyiq və hədə-qorxu sadəcə ağlasığmazdır. Bu insanlar öz dəsti-xəttlərini silmirlər. İllər əvvəl “İmedi” televiziyasına basqın etdikləri yadımızdadır, bu gün də eyni işi görürlər, sadəcə olaraq, bütün bunlar üçün resursları bir az azdır. Mən hər kəsə, İctimai Yayımçının hər bir əməkdaşına qətiyyətlə dayandıqları üçün təşəkkür etmək istəyirəm. Bu televiziyanın qarşısında gördüyümüz bu cür hərəkətlər sadəcə olaraq ağlasığmazdır” – Kaxa Kaladze bildirib.