Kaxa Kaladze aksiyalarda Rusiya vətəndaşlarının saxlanılması haqda - Hansı məqsədlə və nə vaxtdan Gürcüstanda olduqları aydınlaşdırılmalıdır
Tbilisinin meri Kaxa Kaladzenin bəyanatına əsasən, aksiyalarda hüquq-mühafizə orqanlarının əməkdaşlarının saxladıqları Rusiya vətəndaşlarının kim olduğu, hansı məqsədlə və nə vaxtdan Gürcüstanda olduqları aydınlaşdırılmalıdır. Bu haqda o, bu gün jurnalistlərə müvafiq suala cavabında deyib.
“Bir-iki nəfər olsaydı, kimsə deyə bilər ki, yəqin ki, yoldan keçən turistlərdir. Dəqiq rəqəmi bilmirəm, zənnimcə səkkiz nəfərdir. Polisə qarşı zorakılıq törətmək, bu, inanılmazdır. Bu insanların kim olduğu, hansı məqsədlə və nə vaxtdan Gürcüstanda olduqları müəyyən edilməlidir. Hər şeyə aydınlıq gətiriləcək və hər şeyə müvafiq cavab veriləcək. Həmçinin, parlamentə daxil olan və binanı yandırmağa çalışan Britaniya vətəndaşı. Hər şeyə cavablar veriləcək” – Kaxa Kaladze bildirib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bugünkü mətbuat konfransında bildirib: “Rusiya vətəndaşları, parlamentə daxil olan Britaniya vətəndaşı saxlanılıb, ola bilsin zorakı qrupları təşkil edən əcnəbi təlimatçılarla qarşı-qarşıyayıq”.