Kaxa Kaladze - aksiya keçirmə imkanı hamının var, lakin saat 22:00-dan sonra qanun hamı üçündür
Kaxa Kaladze - aksiya keçirmə imkanı hamının var, lakin saat 22:00-dan sonra qanun hamı üçündür

“Gürcü Arzusunun” baş katibi, Kaxa Kaladzenin bəyan etdiyinə görə, aksiya keçirmə imkanı istənilən vətəndaşın var. Lakin, Kaladzenin dediyinə görə, gecə saatlarında hərəkətin məhdudlaşdırlması barəsində qərar hamıya aiddir və qanunun pozulması müvafiq münasibətin bildirilməsi ilə nəticələnəcək.

“Sözsüz ki, aksiya keçirmə imkanı hamının var, lakin saat 22:00-dan sonra qanun hamı üçündür, necə bizim üçün, eləcə də Gürcüstanın istənilən vətəndaşı üçün, qanunla nəzərdə tutulmuş müvafiq münasibət bildiriləcəkdir”, – Kaxa Kaladze bəyan etdi.

Gürcüstanın yeddi böyük şəhərində gecə saatlarında hərəkətə məhdudiyyət bu gündən qüvvəyə minəcək. Tbilisi, Kutaisi, Batumi, Rustavi, Zuqdidi, Qori və Potidə hərəkət saat 22:00-dan saat 05:00-a qədər qadağan ediləcək.