Kaxa Kaladze: ABŞ-ın hazırkı administrasiyasının gürcü xalqına qarşı mövcud olmuş ədalətsiz münasibəti sadə qərarlarla aradan qaldırmaq imkanı var

17:16, 31.07.2026

“Nikbinliyimizi qoruyuruq və ABŞ ilə münasibətləri yeni səhifədən başlamağa hazırıq”, – bunu Tbilisi meri Kaxa Kaladze ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Yan Kelli və ABŞ dövlət katibinin keçmiş müavini Devid Kramerin açıqlamalarını şərh edərkən bildirib.

Kaladzenin sözlərinə görə, Yan Kelli və Devid Kramer öz ölkələrinə deyil, “deep state” adlandırdığı qeyri-rəsmi qüvvələrə xidmət edirlər.

“Bu iki şəxs – Yan Kelli və Kramer adi şəkildə “deep state”in nümayəndələri, nömrəli agentlərdir. Biz bunların hamısını bilirik. Onlar ABŞ-a deyil, ölkənin qeyri-rəsmi idarəçilərinə xidmət edirlər və bu, müasir dünyada ciddi problemdir.

ABŞ ilə münasibətlərə gəlincə, biz nikbinliyimizi qoruyuruq. Dəfələrlə bəyan etmişik ki, əməkdaşlığa hazırıq və münasibətlərin yeni səhifədən başlamasına hazırıq. Çünki Bayden administrasiyasının bizə münasibəti bizim üçün qətiyyən qəbuledilməz idi. Eyni zamanda, yalnız yalan və həqiqətə uyğun olmayan iddialardan ibarət bəyanatlar da bizim üçün qəbuledilməzdir.

ABŞ-ın hazırkı administrasiyasının gürcü xalqına və Gürcüstan dövlətinə qarşı mövcud olmuş ədalətsiz münasibəti çox sadə qərarlarla aradan qaldırmaq imkanı var. Bir daha təkrar edirəm, biz nikbinliyimizi qoruyuruq və münasibətləri yeni səhifədən başlamağa hazırıq”, – deyə Kaxa Kaladze bildirib.

Oxşar