Kaxa Kaladze - Abituriyentlərə uğur və qarşıya qoyduqları məqsədə çatmağı arzulamaq istəyirəm, Gürcüstanın qurulmasına mühüm kərpic qoymalı olan məhz bu nəsildir
Gənclərə öz biliklərini sübut etmək imkanı verilən vahid milli imtahanlar başladı – bu barədə Tbilisinin meri Kaxa Kaladze sosial şəbəkədə yazıb.
O bildirib ki, bu gün təkcə abituriyentlərin gələcək həyatını müəyyən etmək üçün deyil, həm də ölkənin sabahkı günü üçün də vacibdir.
“Gənclərə öz biliklərini sübut etmək imkanı verilən vahid milli imtahanlar başladı. Bu gün təkcə onların gələcək həyatını müəyyən etmək üçün deyil, həm də ölkəmizin sabahkı günü üçün vacibdir.
Gürcüstanın qurulmasına mühüm kərpic qoymalı olan məhz bu nəsildir, buna isə məhz təhsil və əməklə nail olunur.
Hər bir abituriyentə ürəkdən uğur və qarşıya qoyduqları məqsədə çatmağı arzulamaq istəyirəm” – paytaxtın meri yazıb.