Kaxa Kaladze - 26 May hamının günüdür və heç kimin cəmiyyət arasında qarşıdurma yaratmağa haqqı yoxdur
Dövlət 26 mayda Salome Zurabişvili və Qedevan Popxadze tərəfindən elan edilmiş çirkin təxribatların qarşısını alacaq – bu barədə paytaxtın meri Kaxa Kaladze Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili və müxalifətçi siyasətçi Qedevan Popxadzenin bəyanatlarına münasibət bildirərkən mediaya deyib.
Kaxa Kaladzenin qeyd etdiyi kimi, 26 May hamının günüdür və heç kimə cəmiyyət arasında qarşıdurma yaratmağa imkan verilməyəcək.
“Aydındır ki, onların təxribat cəhdi olacaq. Biz bu qrupun necə marginallaşdığını görürük. Bu ölkədə radikalizm, agentura, kənardan maliyyələşən insanlar heç vaxt qalib gələ bilməyəcəklər. Onların məqsədi xaricdən gələn maraqları həyata keçirməkdir. Bu cür insanlar isə hər zaman uğursuzluğa məhkumdurlar. 26 Maya gəlincə, bu, hamının günüdür və heç kimin cəmiyyət arasında qarşıdurma yaratmağa haqqı yoxdur. Əlbətdə, dövlət Salome Zurabişvili və Qedevan Popxadzenin elan etdiyi oxşar çirkin təxribatların qarşısını almaq üçün hər şeyi edəcək” – Kaxa Kaladze qeyd edib.