Kaxa Kaladze – Ən əsas və vacib olan odur ki, əhalinin böyük əksəriyyəti “Gürcü Arzusu”nu qəbul edib və artıq neçə ildir bizə dəstək olurlar
Kaxa Kaladze – Ən əsas və vacib olan odur ki, əhalinin böyük əksəriyyəti “Gürcü Arzusu”nu qəbul edib və artıq neçə ildir bizə dəstək olurlar

Mətbuatla söhbətində paytaxt meri Kaxa Kaladze bildirib ki, müxalifətin hakimiyyətin tanınması və ya tanımaması barədə danışması siyasi spekulyasiyadır.

Onun sözlərinə görə, Gürcüstanda Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətinin səfəri göstərir ki, hakimiyyət beynəlxalq təşkilatlarla aktiv əməkdaşlığı davam etdirir.

“Ən əsas və vacib olan odur ki, gürcü xalqı ‘Gürcü Arzusu – Demokratik Gürcüstan’ı qəbul edib və artıq neçə ildir ki, əhalinin böyük əksəriyyəti bizə dəstək verir. Müxalifətin hakimiyyətin tanınması-ya da tanımaması barədə danışması siyasi spekulyasiyadır. Biz ölkəmiz və əhalimiz üçün vacib olan siyasəti həyata keçiririk.

Avropa Şurası nümayəndə heyətinə gəldikdə isə, xatırlayırıq ki, son seçkilərlə bağlı onlar necə qiymətləndirmələr verdilər. Onlar açıq şəkildə bildirdilər ki, bütün siyasi partiyaların seçkilərdə iştirak şansı bərabər olub və gürcü xalqı sərbəst seçim edə bilib. Həmçinin xatırlayırıq ki, müxalifət, radikallar və xarici qüvvələr nümayəndə heyətinə necə reaksiya göstərmişdilər – onlara təhqirlər yağdırmışdılar. Biz onların münasibətini bilirik və bütün beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdiririk,” – deyə Kaxa Kaladze bildirib.