Kaxa Kaxişvili - hamının istəyidir ki, prezidentin andiçmə marasiminə az məbləğ xərclənsin
Gürcüstan prezidentinin andiçmə marasimi Tbilisidə, Telavidə və Sinandalidə keçiriləcək, – bu barədə Gürcüstan hökuməti administrasiyasının rəhbəri Kaxa Kaxişvili bəyan etdi.
Onun dediyinə görə, andiçmə marasimi ilə bağlı yaradılmış xüsusi komissiya iclasında mümkün ssenarini müzakirə etdilər. Kaxişvilinin açıqlamasına görə, əcnəbi müsafirlər barəsində məlumatı XİN-dən gözləyirlər.
Elə onu qeyd etdiyinə görə, Gürcüstan Xarici İşlər Nazirliyi onun üzərində işləyir ki, andiçmə marasimində olduqca daha artıq partnyor ölkənin nümayəndəsi iştirak etsin.
“Bu bir günlük tədbirdir. Saat 15:00-da başlayacaq və saat 19:00-da başa çatacaq. Büdcəyə gəldikdə isə, hamının istəyidir ki, prezidentin andiçmə marasiminə az məbləğ xərclənsin”, – Kaxa Kaxişvili bəyan etdi.
Gürcüstan prezidentinin andiçmə mərasimi dekabrın 16-da, Telavidə keçiriləcək.