Kakaladzenin hüquqlarının qorunması prioritetli məsələlərimizdən biridir
Liviyada həbs edilən Gürcüstan vətəndaşının qanuni haqqlarının və maraqlarının qorunması Xarici İşlər İdarəsinin və səfirliyimizin prioritetli məsələlərindəndir – bu barədə bəyanatı 1tv.ge-yə Gürcüstanın Misirdəki səfiri Aleksandr Nalbandov verdi.
Gürcüstanın Misirdəki səfirinə 1tv.ge Liviyada həbs olunan iki Gürcüstan vətəndaşının vəziyyəti ilə bağı sualla müraciət etdi.
Söhbət REX dəniz gəmisinin ekipajının üzvləri olan Genadi Komaxidze və Roman Kakaladzedən gedir, hansılar 2017-ci ilin avqust ayında, dövlət sərhədini pozmaq ittihamı ilə həbs edildilər.
Qeyd olunan məsələ ilə bağlı məhkəmə prosesi Liviyada mayın 20-də keçiriləcək.
Nalbandovun qeyd etdiyinə görə, bu məsələ ilə bağlı gündəlik rejimdə, bütün tərəflərlə intensiv, koordinasiyalı çalışma aparılır və səfirlik əlindən gələni edir ki, Gürcüstan vətəndaşları azad edilib, vətənlərinə qayıda bilsinlər.