Kaja Kallas – İsrailli girovların şəkilləri dəhşətlidir və “HƏMAS”ın barbarlığını göstərir
17:08, 03.08.2025
Avropa İttifaqının ali nümayəndəsi Kaja Kallas bildirib ki, “HƏMAS” tərəfindən yayımlanmış video – burada israilli girovlar əks olunub – dəhşətlidir.
“İsrailli girovların şəkilləri dəhşət doğurur və “HƏMAS”ın barbar təbiətini açıq şəkildə nümayiş etdirir. Bütün girovlar dərhal və qeyd-şərtsiz azad edilməlidirlər. “HƏMAS” silahsızlaşdırılmalı və Qəzzadakı hakimiyyətinə son qoymalıdır. Eyni zamanda, humanitar yardımlar geniş miqyasda ehtiyacı olan insanlara çatdırılmalıdır,” – deyə Kallas “X” platformasında yazıb.
Xatırladaq ki, bundan əvvəl “HƏMAS” tərəfindən yayılan videoda israilli girovlardan biri – olduqca arıqlamış vəziyyətdə – göstərilmişdi. İsrail mediasının yazdığına görə, bu video girovların nə qədər ağır şəraitdə saxlanıldığını əks etdirir.