Kaja Kallas – Gürcüstan hökuməti düzgün istiqamətdə getmir, 6 martdan diplomatlar üçün viza qadağası qüvvəyə minib, daha nə edə biləcəyimizi müzakirə edirik
Kaja Kallas – Gürcüstan hökuməti düzgün istiqamətdə getmir, 6 martdan diplomatlar üçün viza qadağası qüvvəyə minib, daha nə edə biləcəyimizi müzakirə edirik

Kaja KallasGürcüstan hökuməti düzgün istiqamətdə getmir. Biz müzakirə edirik ki, daha nə edə bilərik, – bunu Avropa İttifaqınin Ali Nümayəndəsi Kaja Kallas Avropa İttifaqı Xarici İşlər Şurasının iclasının başlanğıcında bildirib.

Onun sözlərinə görə, bu gün nazirlər həmçinin Gürcüstan məsələsini də müzakirə edəcəklər.

“Əlbəttə, bu gün biz Gürcüstan məsələsini də müzakirə edəcəyik. Gürcüstanda vəziyyət getdikcə daha ciddi olur. 6 martdan diplomatlar üçün viza qadağası qüvvəyə minib. Biz müzakirə edirik ki, daha nə edə bilərik. Gürcüstan hökuməti düzgün istiqamətdə getmir”, – deyə Kaja Kallas bildirib.