Kaja Kallas bildirib ki, “Avropada Amerika qüvvələrinin çıxarılması barədə söhbətlər uzun müddətdir mövcud idi, lakin bunun elan edildiyi vaxt bizim üçün sürpriz oldu”
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, o, ABŞ Prezidenti Donald Trump-ın Avropadan Amerika hərbi qüvvələrinin çıxarılması ilə bağlı qərarının elan edildiyi vaxtdan təəccüblənib.
Bu barədə Kaja Kallas Ermənistanda keçirilən “Avropa Siyasi Birliyi” sammitində çıxışı zamanı danışıb.
“Avropada Amerika qüvvələrinin çıxarılması barədə müzakirələr uzun müddətdir mövcud idi, lakin bunun elan edildiyi vaxt bizim üçün sürpriz oldu”, – deyə Kaja Kallas bildirib.
Onun sözlərinə görə, Donald Trump administrasiyasının qərarı NATO daxilində Avropanın müdafiə komponentinin gücləndirilməsi üzərində daha çox işləməyin vacibliyini göstərir.
“Biz həqiqətən daha çox etməliyik, amma Avropadakı Amerika qüvvələri yalnız Avropa maraqları üçün deyil, həm də Amerika maraqları üçün oradadır”, – deyə Kaja Kallas qeyd edib.
Qeyd edilib ki, daha əvvəl ABŞ-ın Almaniyadan 5 000 hərbçini çıxardığı barədə məlumat yayılmışdı.