Kaia Kalas - Sülh danışıqlarına başlamaq üçün atəşkəsə ehtiyac var
Kaia Kalas - Sülh danışıqlarına başlamaq üçün atəşkəsə ehtiyac var

 

Sülh danışıqlarına başlamaq üçün atəşkəsə ehtiyac var – bu haqda Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Kaia Kalas Londonda Avropa xarici işlər nazirlərinin Ukrayna məsələsini müzakirə edəcəyi görüşündən əvvəl bildirib.

“Biz Putinin nə dediyini gördük, lakin gecə Ukraynaya yenə də 100-dən çox dronla hücum həyata keçirildi. Belə ki, sülh danışıqlarına başlamaq üçün atəşkəsə ehtiyac var. Həmçinin, görməliyik ki, Rusiya bunu istəyir, ukraynalılarla əyləşmək və onlarla danışmaq üçün xoş iradə nümayiş etdirir. Bu, baş vermir. Rusiyaya təzyiqi artırmalıyıq ki, o, həqiqətən də sülh istəsin və danışmaq üçün Ukrayna ilə əyləşsin” – Kaia Kalas deyib.

Londonda cari görüşdə Britaniya və Avropa İttifaqının nümayəndələri ilə birlikdə, Fransa, İtaliya, Almaniya, İspaniya və Polşanın xarici işlər nazirləri iştirak edirlər.