Kaia Kalas - Rusiyanın Kiyevə hücumu şüurlu şəkildə gərginlik seçimini və sülh səyinin lağa qoyulduğunu göstərir
Avropa İttifaqının ali nümayəndəsi Kaia Kalas Rusiyanın Kiyevə hücumuna münasibət bildirib.
Kalasın qeyd etdiyi kimi, Rusiya qətlləri dayandırmalı və danışıqlara başlamalıdır.
“Dünya sülhə doğru yol axtararkən, Rusiya raketlərlə cavab verir. Kiyevə gecə hücumu şüurlu şəkildə gərginlik seçimini və sülh səyinin lağa qoyulduğunu göstərir. Rusiya qətlləri dayandırmalı və danışıqlara başlamalıdır” – Kaia Kalas yazır.
Məlumat üçün bildirək ki, Rusiya tərəfindən gecə Ukraynanın paytaxtına edilmiş hücumda, son məlumatlara əsasən, 12 nəfər həyatını itirib, 48 nəfər yaralanıb.