Kaia Kalas – Rusiyanın əslində müharibə istədiyini görürük, insanların qətliamının dayanmasını istəyən hər kəs maksimum təzyiq göstərməlidir
Avropa İttifaqının ali nümayəndəsi Kaia Kalas bildirir ki, müharibəni bitirmək üçün Rusiyaya maksimum təzyiq göstərilməlidir.
Kaia Kalas bu barədə Lüksemburqda Ukrayna məsələsinin müzakirə ediləcəyi Avropa İttifaqının Xarici İşlər Nazirləri toplantısı başlamazdan əvvəl deyib.
“Düşünürəm ki, müharibənin həqiqətən bitməsi üçün Rusiyaya maksimum təzyiq göstərməliyik. Sülh üçün hər iki tərəf bunu istəməli, müharibə üçün isə yalnız bir tərəf bunu istəməlidir. Rusiyanın əslində müharibə istədiyini görürük. İnsanların qətliamının dayanmasını istəyən hər kəs Rusiyaya maksimum təzyiq göstərməlidir” – Kaia Kalas bildirib.