Kaia Kalas – Rusiya-Ukrayna müharibəsinə son qoyacaq istənilən saziş Rusiyanın yenidən hücum etməsini məhdudlaşdırmalıdır, güzəştlər qurbandan yox, təcavüzkardan gəlməlidir
Putinin Avropa təhlükəsizliyinə veto qoymaq hüququ yoxdur – bu barədə Avropa İttifaqının ali nümayəndəsi Kaia Kalas açıqlayıb.
O, Rusiya-Ukrayna müharibəsinə son qoyacaq istənilən sazişin Rusiyanın yenidən silahlanmasını və hücum etməsini məhdudlaşdırmalı olduğunu bildirib.
“Güzəştlər qurbandan yox, təcavüzkardan gəlməlidir” – Kaia Kalas qeyd edib.
Polşalı və ukraynalı həmkarları ilə birgə keçirilən mətbuat konfransında Avropa İttifaqının ali nümayəndəsi həmçinin bildirib ki, istənilən danışıqların əsasını onun təqdim etdiyi və Avropa İttifaqının xarici işlər nazirlərinin imzaladığı sənəd təşkil etməlidir.