Kaia Kalas - İrana qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edirik, təhlükəsizlik qüvvələri tərəfindən sərt reaksiya qəbuledilməzdir və öz xalqından qorxan rejimi üzə çıxarır
Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali nümayəndəsi Kaia Kalas İrandakı cari hadisələrə münasibət bildirib və bir daha qeyd edib ki, Avropa İttifaqı ölkəyə qarşı əlavə sanksiyalar tətbiq etməyi düşünür.
“Təhlükəsizlik qüvvələri tərəfindən sərt və qəddar reaksiya qəbuledilməzdir və öz xalqından qorxan rejimi üzə çıxarır. Avropa İttifaqı İrana qarşı genişmiqyaslı sanksiyalar artıq tətbiq edib. İnsan hüquqlarının pozulmasına, nüvə silahının yayılmasına və Tehran tərəfindən Rusiyanın müharibəsinə dəstəyə görə məsuliyyət daşıyanlara qarşı əlavə sanksiyalar tətbiq etməyi düşünürük. Vətəndaş cəmiyyətini dəstəkləməyə davam edirik. Həmçinin, bu hərəkətləri pislədiyimizi göstərmək üçün dinc etirazçılara qarşı zorakılıq edənlərə qarşı daha çox sanksiyalar tətbiq edirik, lakin sonda qərarı İran xalqı verməlidir” – Kalas bildirib.