Kaia Kalas – İndi Rusiyaya təzyiqi zəiflətmək vaxtı deyil, Avropa bunu etməyəcək də
İndi Rusiyaya təzyiqi zəiflətmək vaxtı deyil və Avropa bunu etməyəcək də – bu barədə Avropa İttifaqının Xarici İşlər Xidmətinin rəhbəri Kaia Kalas açıqlayıb.
Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri bildirib ki, rus dizelinə sankiyaların dayandırılması Moskvaya müharibə aparmaq üçün əlavə gəlir verir.
“İki günə Rusiyanın hücumları nəticəsində 80-dən çox ukraynalı dinc sakin həlak olub. Bununla yanaşı, Rusiya Avropaya — həm Avropa İttifaqının üzvü olan ölkələrə, həm də NATO müttəfiqlərinə qarşı hibrid hücumları gücləndirib… Bazar ertəsi Avropa İttifaqının xarici işlər nazirləri müharibə başlayandan bəri Rusiyanın hərbi maşınına qarşı yönəlmiş ən miqyaslı sanksiyalar paketini təsdiqləməyi planlaşdırırlar” – Kaia Kalas qeyd edib.
Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimer Putinlə uğurlu danışıqlardan sonra Rusiyanın ABŞ-a və qlobal bazara 1.8 milyon ton dizel yanacağı tədarük edəcəyini açıqlamışdı.