Kaia Kalas - Gürcüstandakı hadisələri müzakirə edirik, yanaşmamız çox qətidir, biz gürcü xalqını dəstəkləyirik, lakin yanlış istiqamətdə gedən Gürcüstan hökumətini yox
Biz gürcü xalqını dəstəkləyirik, lakin yanlış istiqamətdə gedən Gürcüstan hökumətini yox – bu haqda Avropa İttifaqının ali nümayəndəsi Kaia Kalas Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü başlamazdan əvvəl deyib.
“Gürcüstandakı hadisələri müzakirə edirik. Bu məsələdə yanaşmamız çox qətidir. Biz gürcü xalqını dəstəkləyirik, lakin yanlış istiqamətdə gedən Gürcüstan hökumətini yox.
Gürcüstan hökumətinə gəlincə, biz açıq şəkildə bəyan etmişik ki, bu yol – müxalifətin repressiyası, medianın məhdudlaşdırılması, qəbul edilmiş qanunlar – bizim üçün qəbuledilməzdir. Buna görə də orada real irəliləyiş görməliyik” – Kalas qeyd edib.