Kaia Kalas - Gürcüstanda hadisələr düzgün istiqamətdə getmir, nə edə bilərik? Bir məsələ sanksiyalar, digəri isə vizasız rejimin məhdudlaşdırılmasıdır
Gürcüstanda hadisələr düzgün istiqamətdə getmir, nə edə bilərik? Bir məsələ sanksiyalar, digəri isə vizasız rejimin məhdudlaşdırılmasıdır – bu haqda Avropa İttifaqının Xarici Siyasət İdarəsinin rəhbəri Kaia Kalas Brüsseldə Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının iclası başlamazdan əvvəl bildirib.
“Hazırda Gürcüstanda gördüyümüz bütün hadisələr namizəd ölkələrin olması gərəkən düzgün istiqamətdə getmir. Beləliklə, biz Gürcüstan hökumətinin müxalifətə qarşı repressiyalardan istifadə etməsinin hansı nəticələrlə müşaiyət olunacağını müzakirə edəcəyik. Avropa tərəfi olaraq nə edə bilərik? Bir məsələ sanksiyalar, digər məsələ vizasız rejimin məhdudlaşdırılmasıdır” – Kaia Kalas bildirib.
Bu gün nazirlərə hansı tədbirləri təklif edəcəyi və razılığa gəlib-gəlməyəcəkləri haqda suala, Kalas qeyd edib:
“Biz bu müzakirələri apardıq. Biz öz fikirləri olan 27 demokratik ölkəyik və bu zaman tələb edir. Müxalifətə qarşı güc tətbiq etdiyi sizə məlum olan sanksiya tətbiq edilən şəxslərin siyahısını təqdim etmişik. Həmçinin, vizasız rejimi, onu necə məhdudlaşdıracağımızı müzakirə edəcəyik və bu təklifin işlənilməsini Komissiyaya tapşırmaq istəyən üzv dövlətlər var. İlk növbədə, siyahı artıq təklif olunub. Beləliklə, biz onu müzakirə edəcəyik, lakin hamı siyahı ilə razılaşmalıdır, biz hələ razılaşmamışıq” – Kalas bildirib.
Bununla yanaşı, “Dırnaqarası seçkilərdən sonra Gürcüstanın Prezidenti Salome Zurabişviliyə dəstəyə davam edib-etməyəcəksinizmi ?” – sualına Kalas cavab olaraq bildirib:
“Prezident seçkilərinə gəlincə, prezident dekabrın 29-na kimi vəzifəsində qalır və ondan əvvəl çox şeylər baş verə bilər” – Kaia Kalas bildirib.