Kaia Kalas - Gürcüstan hökumətinə təzyiq göstərmək üçün başqa nə edə biləcəyimizi nəzərdən keçirəcəyik, bazar ertəsi sanksiyalar hissəsində razılığa gələ bilmədik, üzərində işləyəsiyik
Kaia Kalas - Gürcüstan hökumətinə təzyiq göstərmək üçün başqa nə edə biləcəyimizi nəzərdən keçirəcəyik, bazar ertəsi sanksiyalar hissəsində razılığa gələ bilmədik, üzərində işləyəsiyik

 

Avropa İttifaqından güclü siqnal göndərmək məqsədilə Gürcüstan hökumətinə təzyiq göstərmək üçün başqa nə edə biləcəyimizi nəzərdən keçirəcəyik – bu haqda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaia Kalas bildirib.

Kalas bildirib ki, sanksiyalar üzərində işləməyə davam etmək lazımdır.

“Etiraz aksiyasının iştirakçılarına qarşı zorakılıq tətbiq edilməməsi, müxalifətin sıxışdırılmaması və Avropa İttifaqından güclü siqnal göndərmək məqsədilə, Gürcüstanla bağlı, əlbəttə hökumətə təzyiq göstərmək üçün başqa nə edə biləcəyimizi nəzərdən keçirəcəyik. Bazar ertəsi biz müzakirə etdik, lakin sanksiyalar hissəsində razılığa gələ bilmədik, üzərində işləyəsiyik” – Kaia Kalas Avropa İttifaqının sammiti başlamazdan əvvəl bildirib.