Kaia Kalas – Donald Trampı təbrik edirik, tərəfdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik
Transatlantik alyans Atlantik okeanının hər iki tərəfinə firavanlıq və güc gətirdi. Qlobal çağırışların öhdəsindən birlikdə daha güclü və təhlükəsiz şəkildə gəlirik – bu haqda Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Kaia Kalas sosial şəbəkədə yazır.
“Donald Trampı ikinci müddətə andiçmə mərasimi münasibətilə təbrik edirəm. Transatlantik alyans Atlantik okeanının hər iki tərəfinə firavanlıq və güc gətirdi. Qlobal çağırışların öhdəsindən birlikdə daha güclü və təhlükəsiz şəkildə gəlirik. Tərəfdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik” – Kaia Kalas yazır.