Kaia Kalas - Çin, Rusiya, İran və Şimali Koreyanın liderləri qurulmuş beynəlxalq nizamı şübhə altına alan avtokratik ittifaqı təmsil edirlər
Kaia Kalas - Çin, Rusiya, İran və Şimali Koreyanın liderləri qurulmuş beynəlxalq nizamı şübhə altına alan avtokratik ittifaqı təmsil edirlər

 

Pekində hərbi paradda birlikdə görünən Çin, Rusiya, İran və Şimali Koreyanın liderləri qurulmuş beynəlxalq nizamı şübhə altına alan avtokratik ittifaqı təmsil edirlər – bu barədə Avropa İttifaqının ali nümayəndəsi Kaia Kalas deyib.

O bildirib ki, dırnaqarası avtokratik alyans yeni dünya düzəninə gedən sürətli yol axtarır.

“Qərbli liderlər diplomatik şəkildə bir araya gələrkən, avtokratik alyans yeni dünya düzəninə gedən sürətli yol axtarır” – Kalas bildirib.

Məlumat üçün bildirək ki, Çində İkinci Dünya Müharibəsində Yaponiya üzərində qələbənin 80 illiyini qeyd etmək üçün genişmiqyaslı hərbi parad keçirilib. Paradda Rusiya Prezidenti Vladimer Putin, Şimali Koreyanın lideri Kim Çen İn və İran Prezidenti Masud Pezeşkian da daxil olmaqla 26-dan çox ölkənin lideri iştirak edib.