Kaia Kalas - Biz diplomatik pasportlar üçün vizasız rejimi dayandırmışıq, hökumətə dəstək üçün ayrılan vəsaiti vətəndaş cəmiyyətinə verdik, lakin yekun qərar gürcü xalqının əlindədir
Kaia Kalas - Biz diplomatik pasportlar üçün vizasız rejimi dayandırmışıq, hökumətə dəstək üçün ayrılan vəsaiti vətəndaş cəmiyyətinə verdik, lakin yekun qərar gürcü xalqının əlindədir

 

Biz diplomatik pasportlar üçün vizasız rejimi dayandırmışıq. Həmçinin, hökumətə dəstək üçün ayrılan vəsaiti qeyri-hökumət təşkilatlarına və vətəndaş cəmiyyətinə verdik, lakin bu məsələni həll etmələri üçün yekun qərar gürcü xalqının əlindədir – bu haqda Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Kaia Kalas bildirib.

Kalas bu bəyanatı Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü başlamazdan əvvəl verib.

“Həmçinin, Gürcüstan məsələsini qısaca müzakirə edəcəyik. Əlbətdə, biz indi diplomatik pasportlar üçün vizasız rejimi dayandırmışıq. Həmçinin, hökumətə dəstək üçün ayrılan vəsaiti qeyri-hökumət təşkilatlarına və vətəndaş cəmiyyətinə verdik ki, onların missiyasını dəstəkləyək, lakin bu məsələni həll etmələri üçün yekun qərar gürcü xalqının əlindədir” – Kaia Kalas bildirib.