Kaia Kalas bildirir ki, Gürcüstanla viza rejiminin liberallaşdırılmasının dayandırılması məsələsini bu gün ətraflı müzakirə etməyəcəklər, lakin bu, alətlərdən biridir
Kaia Kalas bildirir ki, Gürcüstanla viza rejiminin liberallaşdırılmasının dayandırılması məsələsini bu gün ətraflı müzakirə etməyəcəklər, lakin bu, alətlərdən biridir

 

Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali nümayəndəsi Kaia Kalas bildirir ki, Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının iclasında Gürcüstanla viza rejiminin liberallaşdırılmasının dayandırılması məsələsini ətraflı müzakirə etməyəcəklər, lakin qeyd edib ki, bu alətlərdən biridir.

Kaia Kalas iclasda sanksiyalar məsələsini qaldıracağını deyib.

“Biz bu gün Gürcüstanı da müzakirə edəcəyik. Əlbətdə, dediyiniz kimi, vəziyyət pisləşir və bir çox hadisələrin inkişafının şahidi oluruq. Bu səbəbdən, Gürcüstanda zorakılıq törədən və insan hüquqlarını pozan insanlara qarşı sanksiyalar məsələsini yenidən qaldıracağam. Biz həmçinin daha nə edə biləcəyimizi müzakirə edəcəyik, çünki Gürcüstan düzgün yolda deyil. Viza rejiminin liberallaşdırılmasının dayandırılmasını bu gün ətraflı müzakirə etməyəcəyik, lakin bəli, bu, alətlərdən biridir” – Kaia Kalas bildirib.