Kaia Kalas Avropa komissarı Marta Kos və Avropa Şurasının Prezidenti Antonio Koşta ilə birlikdə Kiyevə gedib

13:46, 01.12.2024

 
Avropa İttifaqının ali nümayəndəsi Kaia Kalas genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kos və Avropa Şurasının Prezidenti Antonio Koşta ilə birlikdə Kiyevə gedib.

Vəzifəsini tutduqdan sonra Kalas Ukraynaya ilk səfərində mesajının aydın olduğunu bildirib: Avropa İttifaqı Ukraynanın bu müharibədə qalib gəlməsini istəyir.

“Bunun üçün biz hər şeyi edəcəyik” – Kalas qeyd edib.

Avropa Şurasının Prezidenti Antonio Koşta Avropa İttifaqının müharibənin ilk günündən Ukraynanın tərəfində olduğunu bildirib.

“Mandatımızın ilk günündən Ukrayna xalqına qəti dəstəyimizi bir daha təsdiqlədik” – Koşta qeyd edib.

Məlumat üçün bildirək ki, Avropa Parlamenti noyabrın 27-də keçirilən iclasda Ursula fon der Laienin rəhbərliyi ilə Avropa Komissiyasının bu gün işə başlayan yeni tərkibini təsdiqləyib.

Oxşar