Kaia Kalas - Avropa İttifaqı Qrenlandiya məsələsinə görə ABŞ-la davaya başlamaq niyyətində deyil, lakin öz mövqelərini qoruyacaq və bunun üçün müvafiq vasitələri də var
Avropa İttifaqı Qrenlandiya məsələsinə görə ABŞ-la davaya başlamaq niyyətində deyil, lakin öz mövqelərini qoruyacaq və bunun üçün müvafiq vasitələri də var. Bu haqda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaia Kalas Strasburqda, Avropa Parlamentinin sessiyasında, Qrenlandiya və transatlantik münasibətlər mövzusunda keçirilən dinləmədə çıxış edərkən deyib.
“Avropa İttifaqı davaya başlamaq niyyətində deyil, lakin öz mövqelərini qoruyacaq. Avropanın öz maraqlarını qorumaq üçün vasitələr toplusu var” – Kalas bildirib.
Onun sözlərinə əsasən, təhdidlər “Danimarkanı Qrenlandiyadan imtina etməyə məcbur etməyəcək, lakin ABŞ-ı və Avropanı daha kasıb edəcək”.
“Avropa İttifaqı Danimarka və Qrenlandiyanın ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi məsələsində heç bir şübhə olmadan onların yanında qalır. Şənbə günü Prezident Trampın bəyanatları indiyədək qarşılaşmadığımız bir vəziyyət yaradıb. Bizim cavabımız belə olmalıdır: sakitliyi qorumaq, öz mövqelərimizi qorumaq və birgə hərəkət etmək” – Kalas qeyd edib.
Bununla yanaşı, Kalas bildirib: “Qrenlandiya və Danimarka ABŞ ilə danışıqlar aparırlar. Məsuliyyətli müttəfiqlər məhz bunu edirlər – onlar danışırlar, lakin söhbətin tonu vacibdir və təhdidlər qəbuledilməzdir”.
Kalas bir daha Rusiya və Çini Arktikada təhlükəsizliyi sarsıtmağa cəhd etməkdə ittiham edib və ABŞ-ni NATO çərçivəsində Arktika və Qrenlandiyada Rusiya və Çinə qarşı durmağa çağırıb.