Kaia Kalas - Avropa İttifaqı, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin möhkəmləndirilməsi bizim ümumi strateji maraqlarımıza daxildir, Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırıq
Avropa İttifaqı, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin möhkəmləndirilməsi bizim ümumi strateji maraqlarımıza daxildir, Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırıq – bu haqda Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaia Kalas Azərbaycana səfəri zamanı açıqlayıb.
“Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyiş tarixi fürsətdir və bu dinamikanı qoruyub saxlamaq vacibdir. Avropa İttifaqının bunu dəstəkləmək üçün etimad qurucu tədbirlərdən tutmuş minalara qarşı fəaliyyətinə qədər bir sıra vasitələri vardır ki, bu sahələrdə biz onsuz da ən böyük donoruq” – Kaia Kalas qeyd edib.
Öz növbəsində, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan praktik və nəticəyə yönəlmiş əməkdaşlıq yolu ilə Avropa İttifaqı ilə tərəfdaşlığı daha da gücləndirmək istəyir.
Bayramov Kaia Kalasla görüşü məhsuldar adlandırıb.