Kaia Kalas – Atəşkəs təklifi ilə bağlı Rusiyanın təqdim etdiyi şərtlər göstərir ki, onlar əslində sülh istəmirlər
Atəşkəs təklifi ilə bağlı Rusiyanın təqdim etdiyi şərtlər göstərir ki, onlar əslində sülh istəmirlər – bu haqda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaia Kalas bildirib.
Kalas bu bəyanatı Brüsseldə xarici işlər nazirlərinin görüşü başlamazdan əvvəl verib.
“Təqdim etdikləri şərtlər göstərir ki, onlar əslində sülh istəmirlər, çünki onlar bizə bu müharibə ilə nail olmaq istədikləri bütün son məqsədlərinin şərtlərini təqdim etdilər” – Kalas bildirib.