Kaia Kalas – ABŞ Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi ilə əlaqədar Avropanın adından danışıqlar apara bilməz, bu qərarları yalnız Avropa qəbul edə bilər

22:30, 11.11.2026

 

ABŞ Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi ilə əlaqədar Avropanın adından danışıqlar apara bilməz – bu barədə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Kaia Kalas “France 24″ə müsahibəsində deyib.

Onun sözlərinə əsasən, sanksiyaların ləğvi və dondurulmuş aktivlərin azad edilməsi ilə bağlı qərarları yalnız Avropa qəbul edə bilər.

“Aydındır ki, Avropanın maraqları var. Düşünsək ki, Rusiya bu danışıqlardan real olaraq nə istəyir – bu, sanksiyaların ləğvi, həmçinin dondurulmuş aktivlərin azad edilməsidir. Bunlar Avropanın qərarlarıdır və Avropadan başqa heç kim bu qərarları qəbul edə bilməz. Əlbəttə, Rusiya Avropa ilə danışmaq istəmir, çünki onun üçün ABŞ ilə danışmaq daha asandır. Lakin bizim həll etməli olduğumuz məsələlər üzrə ABŞ bizim adımızdan danışıqlar apara bilməz. Bunun üçün isə mesajlarımızda qəti və birlik içində olmalıyıq. Rusiya ilə danışmaq üçün çoxlu müxtəlif formatlar var, lakin mənim fikrimcə, Rusiya ilə danışan hər kəsin eyni mesajı ötürməsi vacibdir” – Kaia Kalas bildirib.

Oxşar