Kabildə keçmiş deputat, Mursal Nabizadəni qətlə yetirdilər
Əfqanıstanın paytaxtında keçmiş qadın deputatı qətlə yetirdilər. “BBC”-nin məlumatına görə, 32 yaşlı Mursal Nabizadəyə öz yaşayışç evi yaxınlığında atəş açdılar. Onunla birlikdə mühafizə üzvlərindən biri də həlak oldu, eləcə də mühafizənin ikinci üzvü və keçmiş deputatın qardaşı yaralandı.
Mursal Nabizadə Talibanın hakimiyyətə gəlməsi nəticəsində, Kabili tərk etməyən yeganə qadın deputat idi.