Jurnalistlərin qətlini hazırlama barəsində yayılan məlumat üzrə DİN istintaqa başladı
Jurnalistlərin qəsdən qətlini hazırlama barəsində yayılan məlumat üzrə Daxili İşlər Nazirliyi istintaqa başladı.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətində bəyan etdiklərinə görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 18-109-cu maddəsinin üçüncü hissəsinin “a” bəndi ilə aparılır.
Kvemo Kartlinin qubernatoru, Levan Mamladze dünən “İmedi” teleşirkətinin efirində bəyan etdi ki, Gürcüstanın keçmiş prezidenti, Mixail Saakaşvili və keçmiş Ədliyyə naziri, Zurab Adeişvili Gürcüstanda jurnalistlərin qətlini planlaşdırırlar. Onun açıqlamasına görə, məlumatı Ukrayna mənbəsindən var.