Jurnalist Arkadi Babçenko sağdır. Bu gün, mayın 30-da Arkadi Babçenko jurnalistlər qarşısına çıxdı. Mətbuat konfrnsına Babçenko Ukrayna Baş prokuroru Yuri Lutsenko və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsak ilə getdi.
Rus jurnalisti bəyan etdi ki, onun “qətli” hüquqmühafizəçilər tərəfindən planlaşdırılmış qurma idi.
Mətbuat konfransında Babçenko yaxınlarından polis tərəfindən planlaşdırılmış əməliyyatda gizli iştirakına görə, üzr istədi. Bu əməliyyat barəsində onun həyat yoldaşının da məlumatı yox idi.
Bununla yanaşı jurnalist bəyan etdi ki, onun qətlini həqiqətən sifariş etmişdilər, bu barədə o, bir ay bundan əvvəl bildi. Buna görə də qurmanı təşkil etdi. Ukrayna hüquqmühafizəçilərinin bəyan etdiyinə görə, jurnalistin qətlini rus xüsusi xedmtləri istəyirdilr və bunun üçün 40 min ABŞ dollarıni ödəmişdilər.
Ukrayna Təhlükəsizlik Xidmətində bəyan edirlər ki, jurnalistə hücumu planlaşdıran bir nəfər yaxalanıb.