Çuberi kəndinin icra başçısı - Təbii fəlakət zonasında ən ağır vəziyyətdə yollar və körpülərdir
Təbii fəlakət zonasında ən ağır vəziyyətdə yollar və körpülərdir, – bu barədə bəyanatı Çuberi kəndinin icra başçısı Nino Vibliani verdi.
Onun məlumatına görə, daşan çay beş körpüyü dağıtdı. Kəndin əsas yolunu isə, suyun axını gecə saatlarında dağıtdı və səkkiz kənd arasında avtomobil yolu faktiki olaraq, yox olub.
“Əsas planımız odur ki, yolları və körpüləri bərpa edək. Hal-hazırda əhalinin evakuasiyası dayandırılıb. Sadəcə olaraq, çaya yaxın olan evlərin sakinləri başqa yerə köçürüldülər. Söhbət ən az 100 ailədən gedir.
Svanetidə belə bir fəlakət mənim əjdadlarımın belə yadında deyil” – dedi Nino Vibliani.
Çuberi kəndinin icra başçısının dediyinə görə, NenskraHES-in inşaatı təbii fəlakətə səbəb ola bilməzdi.
“HES-in inşaatı ilə heç bir əlaqəsi yoxdur, çünki su masası tamamən başqa istiqamətdən gəldi. Təbii fəlakət HES-in tikildiyi ərazidən beş kilometrlik məsafədən başladı və HES-lə heç bir əlaqəsi yoxdur, ancaq bu mərhələdə müvəqqəti olaraq, HES-in inşaat işləri dayandırılıb”- dedi Nino Vibliani.